Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Türkiyənin XİN başçısı Ermənistana xəbərdarlıq edib: “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”

“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”, – nazir bildirib.

M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.

Check Also

Türkiyə polisi 22 vilayətdə əməliyyat KEÇİRDİ: 92 nəfər SAXLANILDI – VİDEO

Türkiyə polisi iki həftə ərzində İŞİD ilə əlaqədə şübhəli bilinən 92 nəfəri saxlayıb. Boyukmillet.com xəbər …