Bu gün ATƏT Parlament Assambleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb.
Boyukmillet.com xəbər verir ki, onlar, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar.
Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, “Azərişıq” ASC-nin “Yaşıl Enerji” obyektlərinə baş çəkəcək.
Xatırladaq ki, mayın 22-də Bakıda ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.