Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralılar var

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …