Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

İsmayıllıda narkotiki satış məqsədilə meşədə gizlədən şəxs tutulub

İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, …