“Vətən müharibəsində zərər çəkmiş binaların təmirinə 14 milyon manat vəsait xərclənib”.
Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Komitə sədri bildirib ki, Vətən müharibəsi zamanında zərərçəkən 42 publik şəxsə 320 mln. manat ödəniş də edilib.