Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Ombudsmanın nümayəndəsi Aİ təmsilçilərinin suallarını cavablandırıb

Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitənin Brüsseldə 10-cu iclası keçirilib. İclasda Azərbaycan Ombudsmanın nümayəndəsi Avropa İttifaqı təmsilçilərinin suallarını cavablandırıb.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Alt-komitənin iclasında Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, o cümlədən ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin məsul əməkdaşları, Avropa Xarici Fəaliyyət Xidmətinin, Avropa Komissiyasının müxtəlif struktur bölmələrinin rəsmiləri iştirak ediblər. Tədbirdə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə geniş müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatını Aparat rəhbərinin müavini, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.

Milli səviyyədə insan hüquqlarının müdafiəsi sistemi və milli insan hüquqları təsisatları: insan hüquqlarının müdafiəsi sahəsində siyasət və qanunvericilik tədbirləri, son nailiyyətlər mövzusu üzrə müzakirələrdə ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsləri, qanunvericilik sahəsində, o cümlədən insan hüquqları sahəsində strateji sənədlərlə bağlı fəaliyyəti, təcrübədə tətbiq etdiyi yeniliklər, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə geniş məlumat verilib.

R.Rumzadə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə geniş məlumat verilib və Avropa İttifaqı təmsilçilərinin suallarını cavablandırılıb.

İnsan hüquqları sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması və genişləndirilməsi məqsədi daşıyan, o cümlədən beynəlxalq və regional təşkilatların ölkə üzrə hesabatlarında yer alan tövsiyələrin də nəzərə alındığı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi olaraq yeni səlahiyyətləri, Milli Preventiv Mexanizm mandatının və müraciət imkanlarının genişləndirilməsi kimi mühüm fəaliyyət istiqamətlərinin yer aldığı layihə maraqla qarşılanıb.

Azərbaycan Respublikasının və Avropa İttifaqının həmsədrliyində keçirilmiş alt-komitənin iclasında təsdiq olunmuş gündəlik çərçivəsində insan hüquqları və demokratiya, ədliyyə, azadlıq və təhlükəsizlik, qanunun aliliyi istiqamətləri üzrə əhali qruplarının hüquqları, ayrı-seçkilik, ifadə azadlığı, dini etiqad və vicdan azadlığı, gender bərabərliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və digər mövzular üzrə geniş müzakirələr aparılıb, qarşılıqlı şəkildə ünvanlanan suallar Azərbaycan nümayəndə heyəti və Avropa İttifaqı təmsilçiləri tərəfindən cavablandırılıb.

Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitənin Brüsseldə 10-cu iclası keçirilib.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …