Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Aylarov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. N. Alyarov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

Bakının Xətai rayonunda kafedə baş verən silalı insident üzrə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 …