Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Prezidentdən laçınlılara: Sizinlə Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz

Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

Adətən öz ad günlərini, o cümlədən yubiley sayılan ad günlərini qeyd etmədiyini deyən dövlətimizin başçısı qeyd edib: “60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz”.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …