Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fuat Oktay: “Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər”

“Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni hökumətin formalaşması istiqamətində işlər davam edir: “Hazırda vitse-prezident mənəm. Yeni dövrdə 2-3 vitse-prezident də ola bilər. Qanun buna imkan verir. Bu, prezidentin qərarından asılıdır”.

F.Oktay bildirib ki, bundan sonra hakimiyyətin prioritetlərindən biri daxildəki iqtisadi durum olacaq.

Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, AK Partinin sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …