Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

İlham Əliyev: “Azərbaycan və İsrail arasında fəal siyasi dialoq qurulub”

“Bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə çatdıracaq, eyni zamanda, sıx qarşılıqlı fəaliyyət üçün daha geniş imkanlar yaradacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.

“Səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. İnanıram ki, bu səfər ikitərəfli əlaqələrimizi möhkəmləndirəcək”, – Azərbaycan Prezidenti bildirib.

O, ölkələr arasında fəal siyasi dialoqun qurulduğunu nəzərə çatdırıb: “Biz İsrail Prezidenti ilə telefonla əlaqə saxlayırıq. İndi isə onun rəsmi səfəri zamanı ikitərəfli gündəlikdə olan mühüm məsələləri həll etmək üçün daha çox imkanlarımız var”.

Azərbaycan Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu da qeyd edib.

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …