Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Check Also

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib. Boyukmillet.com -un xəbərinə görə, Nazirlər Kabineti bununla …