Məlum olduğu kimi 10 may 2023 -cü ildə Ulu öndər HEYDƏR ƏLİYEVİN anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabrın 2022 -ci il tarixli sərəncamı ilə Azərbaycan6 Respublikasında 2023 -cü il “HEYDƏR ƏLİYEV İLİ” elan olunmuşdur.
Artıq 5 aydır ki, Ulu öndər HEYDƏR ƏLİYEVİN 100 illiyinə həsr olunmuş tədbirlər geniş miqyas almışdır.
Qürurverici və təqdirəlayiq haldır ki, bu tədbirlər təkcə Ulu öndərin doğma vətəni Azərbaycanda deyil, bütün Türk Dövlətlərində, o cümlədən Qırğızıstan Respublikasında da böyük təntənə ilə keçirilir.
Bu günlərdə işıq üzü görmüş ” XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR ” adlı irihəcmli ( 416 səhifə) kitab Ulu öndər HEYDƏR ƏLİYEVİN 100 illiyinə yeni layiqli töhfələrdən biridir.Qlrğısıstanın paytaxtı Bişkek şəhərində yüksək poliqrafik səviyyədə işıq üzü görən kitabı uzun illərdən bəri bu şəhərdə fəaliyyət göstərən TÜRKDİLLİ DÖVLƏTLƏRIN SIYASƏTINƏ DƏSTƏK FONDU hazırlamış və öz vəsaiti hesabına çap etdirmişdir. Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi NÜSRƏT MƏMMƏDOVDUR.
2023-cü ilin Azərbaycan Respublikasında “HEYDƏR ƏLİYEV İLİ ” elan olunması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamından sonra Gəncə Dövlət Universitetinin dosenti, Prezident təqaüdçüsü, “HEYDƏR ƏLİYEV VƏ NİZAMİ GƏNCƏVİ” monoqrafiyasının müəllifi Bayram Apoyevin “HEYDƏR ƏLİYEV- TOLERANYLIĞIN VƏ MULTİKULTURALİZMİN ALOVLU CARÇISIDIR” adlı 29 səhifəlik məqaləsi ilə başlayır. Daha sonra ulu öndərin xalqa bağışladığı ömrünün əsas anlarına həsr olunmuş materiallar xronoloji ardıcıllıqla verilmişdir.
Həmin materiallarda həm Ulu öndərin özünün nitq, müsahibə və çıxışları, həm də tanınmış dövlət və hökumət başçılarının, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin Heydər Əliyev haqqında fikirləri öz əksini tapmışdır.
Kitabın hər bir səhifəsi Heydər Əliyevin Azərbaycan dövlətinin demokratik inkişaf tarixində, beynəlxalq nüfuzunun artmasında, Qafqazda sülhün qorunub saxlanmasında, ölkə iqtisadiyyatının dirçəldilməsində, elm, təhsil və mədəniyyətin tərəqqisində müstəsna rolunu sübut edən dəlillərlə zəngindir.
Heydər Əliyev şəxsiyyətinin fərqli cəhətləri ilə bağlı fikirlər də kitabda geniş yer tutur.
“XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR ” kitabında işlədilmiş bütün materiallar AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ olan AzərTacdan götürülmüşdür
Gənc nəslin milli dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olan bu kitabın rus dilində çap edilməsi ondan təkcə Türk Dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirir.
Qeyd edək ki Fond öz ənənəsinə sadiq qalaraq grniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı pulsuz yayacaq.
Xatırladaq ki kitabın ilk təqdimatı Şuşada dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 95, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.
Boyukmillet.com