Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.

Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.

Bildirilib ki, H. Fidan və A. Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istədiklərini vurğulayıblar.

Check Also

KİV: Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır

Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …