Cümə , 22 Noyabr 2024
Drone Cameras

Baş prokuror: “Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”

“Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin mövcudluğuna qarşı yönələn bütün təhdidlər zərərsizləşdirilib”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev bu gün Qəbələdə təşkil olunmuş Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında qeyd edib.

Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının iclası ilk dəfədir ki, Bakı şəhərindən kənarda – Qəbələ şəhərində təşkil edilib.

Bildirilib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür.

Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.

Nəzərə çatdırılıb ki, anarxiya, qeyri-sabitlik, siyasi hərc-mərclik, vətəndaş müharibəsi, misli görünməyən cinayətkarlıq və onun ən təhlükəli təzahürlərindən olan mütəşəkkil cinayətkarlıq, dağıdıcı separatçılıq, hərbi uğursuzluqlar və digər bu kimi bəlalardan xalqımızı və dövlətimizi məhz Ulu Öndər xilas edib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …