Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Əli Əsədov Söyüdlü kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılması ilə bağlı tapşırıqlar verib

Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın ilkin hesabat iclasında bildirib.

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edilib.

Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …