Kipr “Omoniya”sının aparıcı futbolçusu Paris Psaltis Azərbaycanda “Qəbələ”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununu buraxa bilər.
Boyukmillet.com xəbər verir ki, zədəsini sağaltdıqdan sonra bərpa presesi keçən 27 yaşlı müdafiəçinin “qırmızı-qaralar”la səfər matçında meydana çıxması sual altındadır.
Zədədən qayıdan digər arxa xətt oyunçusu Nikolas Panayotunun isə hər iki matçda çıxış etmək şansı kifayət qədər yüksək qiymətləndirilir.
Qeyd edək ki, “Qəbələ” “Omoniya”ya qarşı ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.