Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib, bir nəfər yaralanıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində ümumilikdə 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib.
Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə ziyan dəyib.