Bazar , 6 Aprel 2025
Drone Cameras

Böyük Britaniya Rusiya əleyhinə sanksiya siyahısını genişləndirib

Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiya siyahısına 14 yeni bənd əlavə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Adları sanksiya siyahısına düşənlər arasında Rusiya Federasiyasının təhsil naziri S.Kravtsov, mədəniyyət naziri O.Lyubimova, Kamçatka qubernatoru V.Solodov, jurnalist A.Krasovski və siyasi texnoloq T.Sergeytsev var.

Qeyd edək ki, Britaniya bundan əvvəl Rusiyanın 92 fiziki və hüquqi şəxsini əhatə edən sanksiya qəbul edib.
Sanksiyaya məruz qalanlar arasında Rusiyanın Atom Enerji Təşkilatı “Rosatom” və “Qazprom” şirkəti ilə əlaqəsi olanlar da var. Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Check Also

Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 …