Cümə , 22 Noyabr 2024
Drone Cameras

Putin: “Ukraynanın əks-hücumu nəticə verməyib”

“Ukraynanın əks-hücumu nəticə verməyib”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyevin Qərbdəki “kuratorları” əks-hücumun nəticə verməməsindən məyusdurlar: “Polşa Belarusun bir hissəsini qoparmaq istəyirdi”.

V.Putin bildirib ki, Ukraynanın səfərbərlik resurslar tükənir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkisi onminlərlədir.

Rusiya Prezidenti vurğulayıb ki, Polşa qoşunları Lavrova və ya Ukraynanın başqa ərazisinə daxil olsa, həmişəlik orada qalacaq.

Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Polşa Qərbi Ukraynaya nəzarəti ələ keçirməyə hazırlaşır.

Vladimir Putin ona Ukraynaya münasibətdə Polşanın planlarını izləməyi tapşırıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …