Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

SON DƏQİQƏ: İran yenidən qarışdı – Polislər öldürülür – VİDEO

İranın paytaxtı Tehranda benzinin bahalaşmasından sonra baş qaldıran aksiyalarda İslam İnqilabı Keşikçiləri Korpusu və milis qüvvələrinə mənsub 3 nəfər ölüb.

“Fars” xəbər agentliyi polislərin Mələrd rayonunda aksiyaçılarla aralarında baş verən insidentdə öldüyünü bildirib.

Bundan başqa, Şirazda cümə günündən etibarən baş qaldıran iğtişaşlar zamanı 75 bank şöbəsi yandırılıb.

Başda Tehran olmaqla, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman və Kərəç şəhərlərində aksiyalar çərçivəsində yanacaqdoldurma məntəqələri, ictimai binalar və polis avtomobilləri məhv edilib.

Müxalif kanallar və sosial media istifadəçiləri ölü və yaralı sayının rəsmi açıqlamalardakından daha çox olduğunu iddia edir.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …