Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

İsmayıllıda narkotiklərlə əlaqəli üç nəfər saxlanılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdiyev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb.

O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.

Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Check Also

Azərbaycan səfirliyinin əməkdaşının sərxoş halda qəza törətdiyi bildirilir

Avtomobili idarə etdiyini iddia edən şəxs diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb …