Bazar , 8 Fevral 2026
Drone Cameras

Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …