Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alıınıb.

Hadisə nəticəsində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Quliyeva Əsmər Sərdar qızı, 2007-ci il təvəllüdlü Quliyev İbadət Elşən oğlu, 2019-cu il təvəllüdlü Quliyev Uğur Elşən oğlu və 2008-ci il təvəllüdlü Hacıbalıyeva Aytəkin Saleh qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina …