Şənbə , 29 İyun 2024
Drone Cameras

İcra başçısının həbsi üçün ciddi əsas…

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.

Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib.

Bu isə icra başçısı Müstəqim Məmmədovun həbs edilməsi üçün ciddi əsas yaradıb.

Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir.

Onun bu vəsaiti icra başçısına verdiyi deyilir.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Müstəqim Məmmədov artıq özünə vəkil də tutub.

Onun bu həftə ərzində istintaqa çağırılacağı gözlənilir.

Check Also

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri həbs edilib

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri barədə həbs qətimkan tədbiri seçilib. …