Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşüb, 100-dən çox bina zədələnib

Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb.

Xatırladaq ki, partlayış nəticəsində 52 nəfər yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …