Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

Qubada avtoxuliqanlıq edən şəxs həbs olunub

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Sitat.info xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib.

Check Also

Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb. Boyukmillet.com xəbər verir ki, …