Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.

V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.

Qubernator həmçinin itki olmadığını söyləyib.

Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.

Check Also

Aİ Kiyevi atəşkəs fonunda dəstəkləməyə davam edəcəyini açıqlayıb

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi “pasxa atəşkəsi” …