İngiltərə parlamenti Çin-Birləşmiş Krallıq münasibətlərinə təsir edəcək qərar qəbul edib.
Boyukmillet.com xəbər verir ki, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu gün dərc etdiyi hesabatda Tayvan ilk dəfə olaraq “müstəqil ölkə” kimi müəyyən edilib.
Komitənin hesabatında deyilir: “Tayvan hazırırda müstəqil bir ölkədir. Tayvan daimi əhali, müəyyən edilmiş ərazi və digər ölkələrlə əlaqə qurmaq imkanları da daxil olmaqla, dövlətçilik üçün bütün şərtlərə malikdir.”
Komitənin sədri Alicia Kearns Böyük Britaniya Parlamentinin hesabatda ilk dəfə belə bir bəyanatla çıxış etdiyini deyib: “Bu, təkcə Britaniya dəyərlərinə uyğun gəlmir, həm də bütün dünyada avtokratik rejimlərə acıq mesajdır.”
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin isə İngiltərənin bu qərarını tənqid edib: “Çin Britaniya parlamentini “vahid Çin” prinsipinə riayət etməyə və Tayvan separatçı qüvvələrinə yanlış siqnallar göndərməyi dayandırmağa çağırır”.