Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Zakir Həsənov Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib.
Sonra məzunlara diplomlar təqdim olunub.

Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

Check Also

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar …