Növbəti ildən başlayaraq FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur.
Boyukmillet.com xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin idarəetmə mütəxəssisi Namiq Məmmədov jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Naxçıvan kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biridir:
“FAO Azərbaycan ofisi olaraq da biz muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsində gələcəkdə liderlik rolunu oynamaq istəyirik. Burada bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Və ümid edirik ki, bu layihələr digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacaq, bölgənin fermer təsərrüfatına, xüsusilə də kiçik və orta səviyyəli fermerlərin inkişafına təkan verəcək”.