Cümə , 22 Noyabr 2024
Drone Cameras

İFFHS reytinqi: “Qarabağ” və “Sabah” irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, 405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.

“Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər.

Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yeri 311-ci pilləyə dəyişiblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. İspaniya klubu “Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə 268 xalla üçüncü sıradadır.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …