Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan Müdafiə Nazirliyində oğurluqla bağlı kütləvi həbslər həyata keçirilib

Ermənistan Müdafiə Nazirliyində xüsusi ilə böyük məbləğdə dövlət əmlakının oğurlanması faktı üzrə həbslər həyata keçirilib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Xüsusi Mühüm İşlərin İstintaq İdarəsi 2019-2021-ci illərdə Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi üçün satınalma proseduru zamanı 106 milyon 300 min dram (467 737 manat) külli miqdarda oğurluq halları meydana çıxıb.

Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, həmin idarənin baş mütəxəssisi A.A., “dasaran.am” ticarət nişanının sahibi Suren Aloyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …