Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əliyev dedi ki, Zirvə görüşündə bu bayraq dalğalansın

Azərbaycan TDT-nin toplantısında Şimali Kiprin bayrağının dalğalanmasını istəyir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri dönərkən təyyarədə jurnalistələrə müsahibəsində bildirib.

O xatırladıb ki, noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə görüşü keçiriləcək:

“İnşallah bu tədbirdə Şimali Kipr Türk Respublikasını müşahidəçi üzv kimi görəcəyik. Azərbaycan da toplantıya Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu məsələdə ciddi əzmkarlıq var. Zirvə görüşündə Şimali Kiprin bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, Şimli Kiprlə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik”.

Ərdoğan vurğulayıb ki, Şimali Kiprin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir:

“Adanın reallıqları göz qabağındadır və Şimali Kipr adanın ən konkret reallığıdır. İllərdir Kiprdəki türk varlığına göz yummağa çalışanlar heç nəyi sınamayıblar. Amma əsassız olduqları üçün atdıqları hər addım məyusluqla bitdi”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …