Bakıda keçirilən Beynəlxalq Oğuz Türkcəsi konfransı çərçivəsində Türk dünyasının ədəbiyyat (şeir) müsabiqəsinin qaliblərinin mükafatlarıdırılma mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, mərasimdə çıxış edən akademik İsa Həbibbəyli Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən hər il ədəbiyyatın müxtəlif sahələri üzrə müsabiqənin keçirildiyini bildirilib.
Qeyd edib ki, builki müsabiqə şeir üzrə təşkil edilib. Azərbaycandan bu mükafata Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı layiq görülüb.
Sonra şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafata Özbəkistandan Uluğbek Hamdamov, Qazaxıstandan Galım Jaylıbay, Qırğızıstandan Aida Egemberdiyeva və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindən Oktay Öksüzoğlu layiq görülüb.