Cümə , 22 Noyabr 2024
Drone Cameras

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.

Boyukmillet.com xəbər verir ki, hazırda həmin bölgədə “AzStateNet” şəbəkəsinin qurulması istiqamətində hazırlıq işləri davam etdirilir.

Qeyd olunub ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, dövlət orqanlarını fasiləsiz və təhlükəsiz xüsusi təyinatlı rabitə ilə təmin olunmasını davam etdirir.

Xatırladaq ki, XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …