Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Tibb bacısını öldürməkdə şübhəli bilinən 3 nəfər saxlanıldı

Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …