Gəncədə dəm qazından zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“Dünən saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, Gəncə şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.