Bazar , 22 Noyabr 2026
Drone Cameras

İsveçin NATO-ya qəbul protokolu TBMM-də müzakirəyə çıxarılır

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.

Boyukmillet.com xəbər verir ki, Komissiya iclasda bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …