Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

“Araz-Naxçıvan”ın futbolçusu köhnə zədəsini yeniləyib

“Araz-Naxçıvan” klubunun futbolçusu İsmail Azzaui növbəti dəfə sıradan çıxıb.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

Belçikalı futbolçu hazırda fərdi məşqlər edir. O, üç gündən sonra komanda ilə hazırlığa qoşula biləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrın 26-da Premyer Liqanın XIV turunda “Neftçi”nin qonağı olacaq.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …