Şənbə , 18 Aprel 2026
Drone Cameras

Zəngilanda keçirilən beynəlxalq konfransın iştirakçıları Ağalıda olub

Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağalı kəndində olub.

Boyukmillet.com xəbər verir ki, xarici qonaqlara kənddə yaradılmış şərait barədə məlumat verilib.

Xatırladaq ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbir sabah işini Bakıda davam etdirəcək.

Check Also

Emin Ağalarovun layihəsi üçün Xəzərdə suyu qurudub süni adalar yaratmağa rəsmi icazə verildi

Nazirlər Kabineti Xəzər dənizində Prezidentin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün 55 …