Türkiyə 2002-2023-cü illərdə nəqliyyat sektoruna 194 milyard ABŞ dolları investisiya qoyub.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib.
“2053-cü ilə qədər bu sektora daha 168 milyard ABŞ dolları investisiya yatıracağıq. Ölkənin quru yolları ilə bağlı önəmli irəliləyişlər əldə etmişik. İndi isə əsas hədəfimiz dəmir yollarıdır”, – deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, Orta Dəhliz vasitəsilə Türkiyəyə gələn yüklərin alternativ yollarla daha tez Avropaya çatdırılması hədəflənir: Bu istiqamətdə işlər həyata keçirilir. Avropaya yüklərin daha tez daşınması üçün Bolqarıstanla danışıqlar aparılır. Türkiyə, Bolqarıstan, Macarıstan və Serbiya ilə birlikdə Nəqliyyat Nazirlərinin Şurasını yaratdıq. Orada da problemləri müzakirə edirik və Qərb tərəfdə görəcəyimiz işlər Orta Dəhlizə ciddi dəstək olacaq”.
“Orta Dəhliz hamımız üçün çox dəyərlidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini həyata keçiririk, bu isə Böyük Britaniyadan Çinə qədər yük daşınmasına imkan yaradır. Orta Dəhlizi dəstəkləyən nəqliyyat layihələrinə dəstək veririk. Bu günə qədər dəhlizin inkişafı üçün uğurlu layihələr icra edilib”, – deyə Türkiyə rəsmisi əlavə edib.