Şənbə , 12 Aprel 2025
Drone Cameras

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə və qurumun strukturu təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, qurum haqqında Əsasnamə, eləcə də Agentliyin strukturu təsdiq edilib.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən olunub.

Check Also

Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix açıqlanıb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd …