Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Paolo Maldini İngiltərə nəhəngində çalışacaq

Əfsanəvi italiyalı futbolçu Paolo Maldini İngiltərə nəhəngi “Mançester Yunayted”də çalışacaq.

Boyukmillet.com xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək.

Rəhbər heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “qırmızı şeytanlar” Maldini ilə hərtərəfli razılığa gəlib. O, 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. Maldini həm də ABŞ-ın “Mayami” klubunun sahibidir.

Qeyd edək ki, Paolo Maldini futbolçu karyerası ərzində 1984-2009-cu illərdə yalnız “Milan”ın formasını geyinib.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …