Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputatlar və parlament Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.

Boyukmillet.com xəbər verir ki, yürüş 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …