Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Vətəndaşlardan avtomat, qumbara və sursat götürülüb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşlarına qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilib.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və 31 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 1 patron darağı, 10 ədəd patron və 12 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …