“Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər: “Bunlar “Revival-B” və “Revival-T” markalı minatəmizləməyən maşınlardır. Eyni zamanda minatəmizləmədə 151 it, həmçinin siçovullardan da istifadə olunur. Siçovulların iybilmə reseptorları daha yüksəkdir, bu da minanı daha tez aşkarlamağa kömək edir. Hazırda təhlükəli ərazilərdə 925 xəbərdaredici bilbord yerləşdirilib”.