Bazar , 6 Oktyabr 2024
Drone Cameras

İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə  DSX-dan məlumat verilib.

Bildirilib ki, dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 40 kiloqram 158 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, 1987-ci …