Bazar , 19 May 2024
Drone Cameras

Bəşir Hacıyev: “Böyük Qayıdış” proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək”

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri” mövzusunda panel müzakirələrində bildirib.

“İndiyə qədər Füzulidə bir çox işlər görülüb. Zəfər yolu və beynəlxalq hava limanı tikilib. Füzuli-Hadrut yolunun inşası başa çatdırılıb və təhvil verilib. Hazırda tikntisi başa çatan ərazilərdə əhali məskunlaşdırılır”, – deyə o qeyd edib.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …