Cümə , 22 Noyabr 2024
Drone Cameras

DAK 21 Azər tədbiri keçirdi

Bu gün Dünya Azərbaycanlıları Konqresi Yazıçılar Birliyinin Natəvan klubunda XX yüzil tariximizin ən şərəfli günlərindən olan Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasının-“21 Azər Hərəkatı” nın 78-ci ildönümünə həsr olunmuş toplantı keçirib. Toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq XX əsrdə Azərbaycanın istiqlal və bütövlük mübarizəsindən, bu mübarizə tarixində 21 Azər hərəkatının müstəsna rolu haqda danışıb. Tədbir iştirakçıları Pişəvəri hökuməti dönəmində qəbul edilmiş dövlət himnini sayğıduruşu ilə dinləyib, hökumət üzvlərini yada saldı.
Tədbirdə araşdırmaçı alimlər Əli Şamil və Yasəmən Qaraqoyunlu 21 Azər Hərəkatı haqqında geniş tarixi məlumat verib.
Daha sonra Güney Azərbaycan Demokratik Firqəsinin rəhbəri Rəhim Hüseynzadə o dövrün milli fədailəri və bu mübarizənin davam etdirilməsi haqqında çıxış edib.
Millət vəkili Tahir Kərimli, DAK İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Xəzər Emin, Adil Minbaşı, Səyavuş Mustafayev Güney Azərbaycan istiqlal mübarizəsi haqqında çıxış edib. İstiqlalçı deputat, KXCP sədri Mirmahmud Mirəlioğlu, yazıçı Narıngül Nadir, publisist Fazil Güney və başqaları çıxışında milli mübarizə, Azərbaycanın Bütövlük hərəkatı haqqında danışıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …