Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Dövlət Xidmətinin rəisi: “Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib”

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli medianın demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etdiyini deyib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Media savadlılığı” konfransında çıxışı zamanı danışıb.

İ.Musayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb.

Məsələnin bu gün də prioritet olduğunu bildiriən natiq qeyd edib ki, sosial şəbəkə istifadəçilərinin artması kiberhücumların da sayının artmasına şərait yaradır: “Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir. Həyata keçirilən müxtəlif tədbirlər buna töhfə verir”.

Check Also

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …